ABŞ Türkiyəni yeni sanksiyalarla hədələdi

© REUTERS / JONATHAN ERNSTABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp xəbərdarlıq edib ki, əgər vitse-prezident Mayk Pens və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar uğursuz olarsa, Türkiyə iqtisadiyyatını “sarsıdıcı” nəticələr gözləyir

BAKI, 17 oktyabr - Sputnik. Rəsmi Ankara Suriyanın şimalında əməliyyatını dayandırmasa, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edə bilər. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp daha əvvəl xəbərdarlıq edib ki, əgər vitse-prezident Mayk Pens və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar uğursuz olarsa, Türkiyə iqtisadiyyatını “sarsıdıcı” nəticələr gözləyir.

ABŞ HHQ-nə aid F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
ABŞ bu dəfə Suriyada öz obyektlərini vurdu

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı olaraq Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin Müdafiə və Energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Dönmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir.

Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Xəbər lenti
0