12:21 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
6310

Tramp həmçinin vurğulayıb ki, kürdlər yalnız Vaşinqtonun onlara xeyli miqdarda vəsait ayırdığı üçün ABŞ-la birgə döyüşüblər

BAKI, 17 oktyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların son illər ərzində kürdlərə qarşı həyata keçirdiyi siyasətin üstündən tamamilə xətt çəkib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Donald Tramp keçirdiyi mətbuat konfransında Kürdüstan Fəhlə Partiyasının İŞİD terror təşkilatından daha pis olduğunu bildirib.

“Ümumi bir şey var ki, hamı İŞİD-ə nifrət edir. Kürdlərin bir parçası olan Kürdüstan Fəhlə Partiyası da terror təhlükəsi nöqteyi-nəzərindən əksər hallarda İŞİD-dən də pisdir”, - deyə Tramp əlavə edib.

​O, həmçinin vurğulayıb ki, kürdlər yalnız Vaşinqtonun onlara xeyli miqdarda vəsait ayırdığı üçün ABŞ-la birgə döyüşüblər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb.

 Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı olaraq Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin Müdafiə və Energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Donmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir.

Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

ABŞ bu dəfə Suriyada öz obyektlərini vurdu
Türkiyənin əməliyyatı Əsəd hakimiyyətinə 5 ildən sonra inanılmaz imkan yaratdı
Suriyada Türkiyə əməliyyatı: hamı Ərdoğana qarşı
Ərdoğan Rusiyanı seçdi, ABŞ-a səfər təxirə salınır
Ərdoğan Bakıda Suriyadakı əməliyyatdan danışdı – Böyük bir ərazini işğaldan azad etmişik

Əsas mövzular