10:00 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
46 0 0

Oktyabrın 16-sı bütün şəxsi heyət və taktiki avadanlıqlar çıxarıldıqdan sonra koalisiyaya məxsus iki ədəd “F-15” qırıcısı Lafarja sement zavoduna aviazərbələr endirib

BAKI, 17 oktyabr - Sputnik. Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya geri çəkilmə zamanı Suriyada qalan silah anbarını məhv edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində koalisiyanın polkovniki Mayls Keqqins bildirib.

“Oktyabrın 16-sı bütün şəxsi heyət və taktiki avadanlıqlar çıxarıldıqdan sonra koalisiyaya məxsus iki ədəd “F-15” qırıcısı əvvəlcədən hazırlanan plana əsasən sursat anbarını məhv etmək və obyektin hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün Lafarja sement zavoduna uğurlu aviazərbələr endirib”, - deyə Keqqins öz səhifəsində yazıb.

​Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Türklər Suriyada Amerika mövqelərini vurdu, ya yox?
Türkiyə Suriyada bir şəhəri terrorçulardan azad etdi
Suriya əməliyyatı alman avtonəhənginin Türkiyədəki planlarını poza bilər
Ərdoğan Putinə zəng etdi, Suriya məsələsində razılığa gəldilər
Suriyada Türkiyə əməliyyatı: hamı Ərdoğana qarşı
Teqlər:
Türkiyə, ABŞ, Suriya

Əsas mövzular