19:57 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli

Ərdoğan son tarixi açıqladı - Dekabr

© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP
DÜNYA
Qısa URL
25 0 0

Xatırladaq ki, sentyabrın 15-i Rusiya "S-400" zenit raket komplekslərinin Türkiyəyə göndərilməsinin ikinci mərhələsini başa çatdırıb.

BAKI, 16 oktyabr — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin Türkiyəyə göndərilməsinin sonuncu mərhələsinin bu ilin noyabr-dekabr aylarında həyata keçirilməsi gözlənilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizə dedilər "Patriot"ları sizə verməyəcəyik. Nə baş verdi? Biz "S-400"ləri aldıq... Tədarüklər həyata keçirilir. Tədarükə dair sonuncu mərhələ dekabrda, bəlkə də, noyabrda həyata keçiriləcək. Biz artıq çarəsiz vəziyyətdə deyilik. Bizə lazım olanı istədiyimiz yerdən alacağıq", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, sentyabrın 15-i Rusiya "S-400" zenit raket komplekslərinin Türkiyəyə göndərilməsinin ikinci mərhələsini başa çatdırıb.

Sentyabrın əvvəlində isə türkiyəli hərbçilər "S-400" zenit-raket komplekslərinin istifadəsi ilə bağlı Rusiyada təlimlərə başlayıblar.

Məlumatda qeyd olunur ki, Türkiyə Hərbi Hava Qüvvələrinin personalı "S-400"lərlə bağlı təlimləri Rusiyanın Qatçina şəhərində keçir.

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir isə bildirib ki, bu ilin sonuna qədər "S-400"lər Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçəcək: "Gələn ilin iyununda isə təlimlər və digər fəaliyyət başa çatdıqda bütün sistem istifadəyə tam hazır olacaq".

Əsas mövzular