SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni “boşanma cəhdi” – Şotlandlar Britaniyadan ayrılmaq istəyirlər

© AFP 2023 / OLI SCARFFEdinburq şəhəri, arxiv şəkli
Edinburq şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Stercenin sözlərinə görə, Britaniya hökumətinin Şotlandiya Milli Partiyasının referendum tələbinin qarşısını almaq "hüququ yoxdur"

BAKI, 16 oktyabr — Sputnik. Şotlandiya gələn il ikinci müstəqillik referendumunu keçirəcək. Sputnik Azərbaycan Avropa mediasına istinadən xəbər verir ki, belə bir bəyanatı Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Stercen partiyanın Aberdin şəhərində baş tutmuş konqresində deyib.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
“Brexit”in baş tutması nələrə səbəb olacaq - politoloq şərhi

Stercen çıxışında "referendum gələn il baş tutmalıdır" deyib: "Və biz (buna – red.) hazırlaşırıq. Yeni ilədək artıq qanunvericiliklə bağlı hazırlıqlarımızı tamamlamış olacağıq".

Onun sözlərinə görə, Britaniya hökumətinin Şotlandiya Milli Partiyasının referendum tələbinin qarşısını almaq "hüququ yoxdur".

Xatırladaq ki, Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına dair birinci referendum 2014-cü il sentyabrın 18-də baş tutub. Səs verməyə gələn vətəndaşlardan "Şotlandiya müstəqil ölkə olmalıdırmı" sualına "Bəli" və "Xeyr" cavablarından birini vermək xahiş olunub. "Xeyr" cavabını verənlərin sayı iki milyondan çox, yəni bütün səs verənlərin 55,3 faizini təşkil edib.

Qeyd olunur ki, referenduma səs verənlərin 84,6 faizi gəlib. Bu isə Böyük Britaniyada 1910-cu ilin yanvarında baş tutmuş seçkilərdən bəri ən böyük göstərici olub.

Xəbər lenti
0