Yerevanda gərgin gecə: polis öldürüldü

© © Sputnik / Mediabanka keçidErmənistanda polis, arxiv şəkli
Ermənistanda polis, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə Ermənistan Polisinin rəhbərinin səlahiyyətlərini icra edən Arman Sarkisyan və digər yüksək vəzifəli məmurlar gəliblər

BAKI, 16 oktyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda bu gecə saat 04:00 radələrində açılan atəş nəticəsində 38 yaşlı polis əməkdaşı Tiqran Arakelyan ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Robert Koçaryan, arxiv şəkli - Sputnik Azərbaycan
Yerevan məhkəməsi Koçaryanla bağlı qərar verdi

Məlumata əsasən Azatutyun prospektində gecə növbəsində olan iki polis əməkdaşı iki şübhəli şəxs görüb və onları təqib etməyə başlayıb. Hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsləri saxlayıblar. Lakin saxlanılma zamanı atəş açılıb və nəticədə polis əməkdaşlarından biri ölüb. Digər polis əməkdaşı isə cinayətkarlar tərəfindən döyülüb.

Yaralanan və ölən polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Ermənistan Polisinin rəhbərinin səlahiyyətlərini icra edən Arman Sarkisyan və digər yüksək vəzifəli məmurlar gəliblər.

Daha sonra Ermənistan Polisinin mətbuat xidmətinin rəisi Aşot Aqaronyan hadisənin təfərrüatlarını açıqlayıb. Məlum olub ki, təqib olunan şəxslərdən biri polisdən tabel silahını alıb və ona atəş açıb, digər polisi isə tapançanın arxa hissəsi ilə yaralayıb.

Xəbər lenti
0