Dünya şöhrətli əsər yoxa çıxdı

© AFP 2023 / MARK RALSTONПолицейская патрульная машина в Калифорнии
Полицейская патрульная машина в Калифорнии - Sputnik Azərbaycan
Abunə olmaq
Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib

BAKI, 15 oktyabr — Sputnik. San-Fransisko qalereyasından unikal əsər yoxa çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, Salvador Dalinin müəllifi olduğu qravür kim tərəfindən oğurlandığı bəlli deyil.

"Yanan zürafə" adlanan əsərin dünyada olan digər qravürlər kimi bir neçə nüsxəsi var. Sözügedən əsərin sürəti 20 min dollar dəyərində qiymətləndirilir. Maraqlıdır ki, oğru bir neçə müşahidə kamerasına düşsə də, oğurluq anı qeydə alınmayıb. Eksponat molbertə bərkidilmiş olsa da, bilinməyən səbəblərə görə qıfılı olmayıb. Ümumilikdə oğurluq prosesi 2 dəqiqəyə yaxın çəkib. Qalereyanın direktoru açıqlamasında bildirib ki, bu əsər dünyada tanınıb. Ona görə də oğrunun onu əlbəəl və ya internet üzərindən satması mümkün olmayacaq.

Xəbər lenti
0