Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı

© REUTERS / YURI GRIPASABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sanksiya siyahısına artıq Türkiyənin müdafiə və energetika nazirləri, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini düşüblər

BAKI, 15 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı olaraq Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Dövlət katibi Mayk Pompeo deyib.

Pompeonun sözlərinə görə, sənəd Ankaraya təzyiq göstərərək Türkiyəni Suriyada həyata keçirdiyi əməliyyatı dayandırmağa məcbur etmək üçün nəzərdə tutulub.

Dövlət katibinin yazılı bəyanatında deyilir ki, sanksiya çərçivəsində tətbiq olunmuş məhdudiyyətlər fəaliyyəti ilə regionda "mülki vətəndaşlar üçün təhlükə yaradan və ya sülhü, təhlükəsizliyi və sabitliyi sarsıdan" şəxsləri və təşkilatları əhatə edə bilər.

ABŞ maliyyə nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin müdafiə və energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Donmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir.

Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın şimalında "Kürdüstan Fəhlə Partiyası" və İŞİD terror təşkilatlarına qarşı "Sülh bulağı" adlı əməliyyatın başladığını elan edib.

Xəbər lenti
0