19:11 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Youtube proqramı, arxiv şəkli

"YouTube"da yeni rekord: Şərh milyondan çox "like" yığdı

© AFP 2019 / MARTIN BUREAU
DÜNYA
Qısa URL
3020

Set Everman beş ay bundan əvvəl söz oyunundan istifadə edərək yazdığı şərhinə görə "YouTube"un tarixində rekordçu olub

BAKI, 15 oktyabr — Sputnik. "YouTube" video paylaşma saytının tarixində ilk dəfə olaraq videogörüntünün altında yazılmış şərh 1 milyondan çox istifadəçi tərəfindən bəyənilib.

Sputnik Azərbaycan "Esquire" nəşrinə istinadən xəbər verir ki, Set Everman (Seth Everman) adlı istifadəçi "like" yığmaq üzrə rekord sahibi olub. O, beş ay bundan əvvəl söz oyunundan (bad – bald) istifadə edərək Billi Aylişin "Bad guy" (Pis oğlan) mahnısının klipinin altında "Mən keçəl oğlanam (I"m the bald guy)" şərhini yazıb.

Şərhinin rekord sayda "like" topladığını görən Everman "YouTube" rəhbərliyindən bununla bağlı olaraq ona mükafat verməsini xahiş edib. Saytın rəhbərliyi hələ ki, onun bu xahişinə reaksiya verməyib, amma sosial şəbəkə istifadəçiləri Evermana öz mükafatlarının versiyalarını göndərməyə başlayıblar.

​Set Everman həmçinin "Bad guy" mahnısına yaratdığı məşhur parodiyası ilə də tanınır. Bu parodiya videosu hazırda "YouTube"da 39 milyon dəfə baxılıb.

Əsas mövzular