Tramp Türkiyə ilə müharibədən danışdı – Ankaranı böyük sanksiyalar gözləyir

© REUTERS / YURI GRIPASBirləşmiş Ştatlar Prezidenti Donald Tramp, arxiv şəkli
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“200 ildir bir-biri ilə müharibə aparan xalqlar arasında müharibəyə girmirik. Avropanın İŞİD-də olan tutulmuş vətəndaşlarını geri almaq şansı var idi”

BAKI, 14 oktyabr — Sputnik. "Türkiyəni böyük sanksiyalar gözləyir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"200 ildir bir-biri ilə müharibə aparan xalqlar arasında müharibəyə girmirik. Avropanın İŞİD-də qoşulmuş vətəndaşlarını geri almaq şansı var idi. Lakin onlar buna görə nəsə ödəmək istəmədilər. Onlar dedilər: "ABŞ ödəsin". Kürdlər bizi savaşa cəlb etmək üçün İŞİD üzvlərinin bəzilərini sərbəst buraxa bilər. Türkiyə və Avropa ölkələri onları rahatca həbs edə bilərlər. Amma cəld tərpənməlidirlər. Türkiyəni böyük sanksiyalar gözləyir. İnsanlar doğurdan NATO üzvü olan Türkiyə ilə savaşacağımızı düşünür? Sonu olmayan müharibələr bitəcək! Bizim Yaxın Şərqdə qalmağımızı istəyənlər bizi oradakı bataqlığa sürükləyənlərdir "- deyə Tramp vurğulayıb.

​Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar başladığı vaxtdan etibarən indiyə kimi 550 terrorçu öldürülüb.

Xəbər lenti
0