"Ölümündən" yeddi saat sonra evə qayıtdı

© AP Photo / John LocherМужчина в коридоре, фото из архива
Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzadan sonra xəsarət almış şəxs tanınmaz hala düşüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb

BAKI, 12 oktyabr — Sputnik. İndoneziyanın Şərqi Yava əyalətinin sakini dəfn mərasimindən sonra evə qayıdıb. Sputnik Azərbaycan "Lenta.ru"ya istinadən xəbər verir ki, anlaşılmazlıq motosikletin qəzaya düşməsindən sonra baş verib. Sükan arxasında olan şəxsin sənədlərinin olmaması işi lap çətinə salıb. Qəzadan sonra xəsarət almış şəxs tanınmaz hala düşüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Polis motosikletin 40 yaşlı Sunatroya məxsus olduğunu aydınlaşdırıb. Meyit dəfn olunması üçün Sunatronun ailəsinə təhvil verilib. "Hətta meyitin yuyulması zamanı onu tanımaq mümkün olmayıb", - deyə polis rəisi Qrabaqan Ali Kanta bildirib.

Dəfn mərasimindən 7 saat sonra Sunatro evə qayıdıb. Onun bildirdiyinə görə, öz ölüm xəbərini iş yoldaşlarından eşidib. O bildirib ki, 3 ay öncə Variim adlı tanışından borca pul alıb. Qarşılığında isə girov kimi motosikletini verib. Göründüyü qədər avtoqəzada ölən şəxs Variim olubmuş. Variimin ailəsi səhv haqqında məlumat aldıqdan sonra qəbrin yerini dəyişməməyi qərara alıblar. Yalnız baş daşını dəyişməklə kifayətləniblər.

Xəbər lenti
0