Türkiyə bir gündə 14 şəhid verdi

© AFP 2023 / YASIN AKGULTürk şəhid
Türk şəhid - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların Mardin vilayətinin Nuşaybin rayonunu atəşə tutması nəticəsində isə 8 dinc sakin həlak olub. Daha 35 nəfər isə yaralanıb

BAKI, 12 oktyabr – Sputnik. Türkiyənin Suriyada başladığı “Barış bulağı” hərəkatı zamanı daha 2 əsgəri şəhid olub. Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbçilər Azez bölgəsində şəhid olublar.

Bununla da şəhidlərin sayı 4-ə çatıb. Bundan əvvəl Tel Rıfat bölgəsində hərbi hissəyə hücum zamanı 2 hərbçi həlak olmuşdu.

Terrorçuların Mardin vilayətinin Nuşaybin rayonunu atəşə tutması nəticəsində isə 8 dinc sakin həlak olub. Daha 35 nəfər isə yaralanıb.

Qeyd edək ki, bundan əvvəl terrorçuların Şanlıurfa əyalətinin Suruç rayonuna top mərmisinin atılması nəticəsində 2 mülki sakin həlak olmuşdu.

Xəbər lenti
0