Türkiyəyə qarşı hücum başlayıb – Hər tərəfdən təzyiq edilir

© AFP 2023 / DELIL SOULEIMANTürkiyə ordusu, arxiv şəkli
Türkiyə ordusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Barış bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 342 terrorçu öldürülüb

BAKI, 11 oktyabr — Sputnik. İsveç Parlamenti Avropa İttifaqından (Aİ) Türkiyəyə silah embarqosunun tətbiq edilməsini istəyəcək. Sputnik Türkiyə xəbər verir ki, rəsmi Stokholm bu tələbi bazar ertəsi Avropa İttifaqı Xarici İşlər Nazirlərinin toplantısında səsləndirəcək.

YPG terrorçuları - Sputnik Azərbaycan
Suriya əməliyyatının bir gününün nəticələri, itkilər də var

Rəsmi Paris də gələn həftə Avropa İttifaqının liderlərini görüşündə Türkiyəyə qarşı tətbiq olunması mümkün sanksiyaların müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, "Sülh bulağı" əməliyyatının başlamasından sonra Norveç və Finlandiya Türkiyəyə hərbi ixracı təxirə salmışdı.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Barış bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 342 terrorçu öldürülüb.

Xəbər lenti
0