Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın böyük qüvvədir: Bir "hə" bütün ölkəni sevindirdi - VİDEO

© AP Photo / Vahid SalemiИранские женщины на матче между сборной Ирана и Камбоджей
Иранские женщины на матче между сборной Ирана и Камбоджей - Sputnik Azərbaycan
Abunə olmaq
İranda qadınlara yaşıl işıq - Hökuməti sanksiyaların tətbiqinin gerçəkləşməməsi üçün 40 illik qadağanı aradan qaldırıb

BAKI, 11 oktyabr — Sputnik. İranda qadınların stadionda futbol izləməsinə icazə verilib. Sputnik Azərbaycan xəbər verir ki, xanım fanatlar İranın "Azadi" stadionunda DÇ-2022-nin seçmə mərhələsində Kamboca ilə keçirilən matçına stadiondan baxıblar.

İran Futbol Federasiyasının icazəsi ilə ilk dəfə təxminən 3 min qadın onlayn bilet alaraq oyunu izləyib. Xanım azarkeşlərin dəstəyi öz bəhrəsini verib. Meydan sahibləri rəqibini 14 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, sentyabrın 10-da stadiona daxil olmağa cəhd edən 29 yaşlı qadın azarkeş Səhər Xudayari tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verəcəyini öyrənən S.Xudayari özünü yandıraraq öldürüb. Bundan sonra FİFA İran hökumətindən qadınların hüquqlarının pozulmamasını və onların stadiona maneəsiz daxil olmalarına icazə verilməsini tələb edib. Əks təqdirdə, İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacağı və İranın milli komandasının beynəlxalq yarışlara buraxılmasının qadağan oluna biləcəyi bildirilib. Lakin İran hökuməti sanksiyaların tətbiqinin gerçəkləşməməsi üçün 40 illik qadağanı aradan qaldırıb.

Qeyd edək ki, İranda 1979-cu ildən qadınların stadiondan matç izləməsi qadağan olunmuşdu.

Xəbər lenti
0