05:25 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Aeroport, arxiv şəkli

MDB-də "Şengen vizası"na bənzər viza rejimi yaratmaq təklif olundu

CC0 / JESHOOTS-com / Airport
DÜNYA
Qısa URL
2641 0 0

Tokayev: MDB-də Şengen razılaşması tipli "Birlik vizası" şərti adı altında vahid viza rejiminin tətbiqi məsələsinə baxmağa dəyər

BAKI, 11 oktyabr — Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB məkanında "Şengen" kimi vahid viza rejiminin tətbiqi barədə düşünməyi təklif edib. Onun sözlərinə görə, bu, ümumi "birlik vizası" ola bilər.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında Qazaxıstan lideri, Birlik üzvü olan ölkələrin turizm sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malik olmasına diqqət çəkib. O, MDB ölkələrinin hər birinin dünyanın ən cəlbedici turizm yerlərinin siyahısını adekvat şəkildə tamamlaya bilən unikal istirahət, təbii-landşaft və tarixi yerlərinə malik olduğunu vurğulayıb.

"Təəssüf ki, milli viza və miqrasiya rejimlərində ciddi fərqlər mövcuddur. Bunlar MDB ölkələrinin hamısını birdəfəyə ziyarət etmək istəyən xarici turistlər üçün narahatlıq yaradır. Mən başa düşürəm ki, bu, çətindir, amma MDB-də Şengen razılaşması tipli "Birlik vizası" şərti adı altında vahid viza rejiminin tətbiqi məsələsinə baxmağa dəyər", - deyə Tokayev öz təklifini irəli sürüb.

Onun sözlərinə görə, bu yanaşma MDB məkanına turist axınını dəfələrlə artıra bilər.

"Təbii ki, bizim ekspertlər bu məsələ üzərində ciddi işləməlidirlər", - deyə Qazaxıstan prezidenti sammit iştirakçılarına müraciət edib.

Əsas mövzular