ABŞ-da işləyən azərbaycanlı bloger öz serialı üçün rus qızlar axtarır

© Instagram / ruslanageeМодель и блогер из Азербайджана Руслана Джавадова, фото из архива
Модель и блогер из Азербайджана Руслана Джавадова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ruslana Gee adı ilə tanınan azərbaycanlı model və bloger Ruslana Cavadova yeniyetmələr haqqında çəkmək istədiyi yeni serialla bağlı rus qızları arasında kastinq elan edib.

BAKI, 11 oktyabr — Sputnik. Ruslana Gee adı ilə tanınan azərbaycanlı model və bloger Ruslana Cavadova yeniyetmələr haqqında çəkmək istədiyi yeni serialla bağlı rus qızları arasında kastinq elan edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə model özünün "YouTube" kanalındakı səhifəsində yayımladığı yeni çarxında məlumat verib.

Aktrisalar arasında fikir ayrılığına səbəb olan "Amerikalı yeniyetmələr" adlı ilk serialının qalmaqalla nəticələnməsindən sonra, Cavadova uzun müddət yeni bir layihə çəkməyə çalışmayıb. Ancaq dostları və abunəçilərinin israrla inandırmalarından sonra o, yenidən risk etmək qərarına gəlib.

"Serialımın bütün təfərrüatlarını, hətta adını belə açıqlaya bilmərəm. Çox gözəl olacaq. Bizdə dörd boş rol var ki, mənim sosial şəbəkədəki abunəçilərim onları seçə bilərlər. Bütün qızlar mənim videomda təmsil olunub", - deyə Ruslana kastinqdə iştirak edən qızların çıxışlarının çarxını təqdim edib və onları hansı rola seçmək məsələsini izləyicilərinin ixtiyarına buraxıb.

Bloger üçün ən əsası aktrisaların zahiri görkəmi və rus dilində danışa bilməsidir. Ona görə də, o, əsas vurğunu rus qızlarının üzərinə qoyub.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan "L'Officiel Awards"-un illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı moda blogeri" - mükafatlarına layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los-Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin blogerlik fəaliyyətini davam etdirir.

Xəbər lenti
0