Suriya əməliyyatının bir gününün nəticələri, itkilər də var

© AFP 2023 / DELIL SOULEIMANYPG terrorçuları
YPG terrorçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizləyib, 109 terrorçu isə məhv edilib

BAKI, 10 oktyabr - Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib.

Əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 8 kəndi terrorçulardan azad olunub.

"Sülh bulağı" əməliyyatı zamanı indiyə qədər 109 terrorçu zərərsizləşdirilib.

Təəssüf ki, Türkiyə tərəfdən də itkilər var. Suriyadan terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partlaması nəticəsində 6 dinc sakin həlak olub. Partlayışlar nəticəsində 70 nəfər yaralanıb.

Xəbər lenti
0