Naomi Kempbell: "Münasibətimi gizli saxlamağı üstün tuturam"

© REUTERS / GONZALO FUENTESNaomi Kempbell, arxiv şəkli
Naomi Kempbell, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Naomi Kempbell dünyanın tanınmış jurnallarında fotomodel kimi fəaliyyət göstərib. 20 filmdə müxtəlif səpgili rollar ifa edib.

BAKI, 10 oktyabr — Sputnik. Naomi Kempbell ana olmamasının səbəbini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, britaniyalı supermodel yalqız qalması haqqında danışarkən övlad dünyaya gətirməyə hazır olmadığını bildirib. 49 yaşlı Naomi söyləyib ki, özünü yardım etdiyi uşaqların anası kimi hiss edir. Eyni zamanda o deyib: "Əgər həyatımda kimsə yoxdursa, bu yalqız olmağım demək deyil. Misal üçün mənim yalqız olub darıxmağa vaxtım yoxdur. Həmçinin mən münasibətimi gizli saxlamağı üstün tuturam. Bilirəm ki, mənim peşəmlə bu sirri saxlamaq çox çətindir. Amma bunun da çarəsi var. Robert De Niro mənə çox şey öyrədib."

Qeyd edək ki, 15 yaşından podiumlarda olan Naomi Kempbell dünyanın tanınmış jurnallarında fotomodel kimi fəaliyyət göstərib. 20 filmdə müxtəlif səpgili rollar ifa edib.

Xəbər lenti
0