03:31 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
ABŞ prezidenti Donald Tramp

Tramp Türkiyəyə etibar etmədi, İŞİD üzvləri ilə bağlı qərar verdi

© REUTERS / JONATHAN ERNST
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (42)
67 0 0

Türkiyə Suriyanın şimal hissəsində "Sülh bulağı" əməliyyatına başlamadan öncə ABŞ İŞİD üzvlərini Suriyadan çıxarıb. Belə ki, həmin İŞİD üzvləri Suriyanın şimalında YPG-nin həbsxanalarında saxlanılırmışlar

BAKI, 10 oktyabr — Sputnik. ABŞ İŞİD rəhbərliyinə daxil olan 40 nəfəri Suriyadan çıxararaq nəzarətində olan digər yerlərə aparıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə Suriyanın şimal hissəsində "Sülh bulağı" əməliyyatına başlamazdan öncə ABŞ İŞİD üzvlərini Suriyadan çıxarıb. Belə ki, həmin İŞİD üzvləri Suriyanın şimalında YPG-nin həbsxanalarında saxlanılırmışlar. Əməliyyatdan öncə ABŞ İŞİD üzvlərini həbsxanalardan çıxararaq İraqa aparıb.

ABŞ rəsmiləri bu addımı İŞİD üzvlərinin həbsxanadan qaçmasının qarşısını almaq üçün atdıqlarını iddia edirlər.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında əməliyyat aparması gündəmə gələndən sonra həbsxanalarda olan İŞİD üzvlərinin aqibəti müzakirə mövzusu olmuşdu. ABŞ Prezidenti Donald Tramp İŞİD üzvü olan məhbuslardan artıq Türkiyənin məsul olacağını söyləmişdi.

Donald Tramp "Twitter"də yazıb ki, ABŞ kürdlərin və ya Türkiyənin vəziyyətə nəzarəti itirəcəyindən ehtiyat edərək "Bitlz" kimi tanınan, Suriyada insanların başını kəsməklə məşhurlaşan iki İŞİD döyüşçüsünü artıq Suriyadan çıxarıb və ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparıb.

Mövzu:
Türkiyə ordusu Suriyada (42)

Əsas mövzular