Türkiyə daha bir ölkədə əməliyyat keçirdi

© AP Photo / Emrah GurelTürk hava güvvələrinə məxsus qırıcı təyyarə, arxiv şəkli
Türk hava güvvələrinə məxsus qırıcı təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə Zap və Qara bölgələrində keçirilən əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə Hərəkatı" ilə koordinasiyalı şəkildə Zap və Qara bölgələrində keçirilən əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Hazırda anti-terror əməliyyatları davam edir.

Xəbər lenti
0