22:11 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Donald Tramp

Trampın rəqibi dilə gəldi - Getsin...

© REUTERS / LEAH MILLIS
DÜNYA
Qısa URL
3110

"Özünü ikinci dəfə seçdirmək üçün istənilən vəzifə səlahiyyətlərini aşan şəxs ABŞ prezidenti ola bilməz"

BAKI, 9 oktyabr — Sputnik. ABŞ prezidentliyinə namizəd demokrat Co Bayden ilk dəfə Prezident Donald Trampa impiçment elan olunması üçün çağırış edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Bayden bunu Nyu-Hempşir ştatındakı Roçester şəhərində tərəfdarları qarşısında çıxışında deyib.

"Donald Tramp öz prezidentlik andını pozub, millətimizi satıb və impiçmentə səbəb olacaq addımlar atıb", - Bayden bəyan edib.

"Tramp və emissarları onun (Trampın) siyasi mənafeyi naminə öz ölkəsinə görə qorxu keçirən Ukrayna liderlərini dəfələrlə hədələyiblər. Onlar Ukraynaya təzyiq göstərmək üçün həyati vacib hərbi yardımı və siyasi dəstəyi gecikdirirdilər.... Bu, çox ciddidir. Özünü ikinci dəfə seçdirmək üçün istənilən vəzifə səlahiyyətlərini aşan şəxs ABŞ prezidenti ola bilməz", - Trampın rəqibi əlavə edib.

ABŞ vitse-prezidenti Cozef Bayden
ABŞ vitse-prezidenti Cozef Bayden

ABŞ Prezidentinin cavabı isə özünü çox gözlətməyib.

"Nə acı məzhəkə! Yuxulu Co Bayden oğlu Hanterlə amerikalı vergi ödəyicilərini əzərək ən azı iki ölkəni milyonlarla dollar qarət ediblər, indi də mənə impiçment elan etməyə çağırır. Mən isə heç bir pis iş görməmişəm. Co kampaniyada uduzur deyə başqa çıxış yolu qalmayıb", - deyə Tramp Twitter-də yazıb.

​Tramp, Baydenlər ailəsi və Ukrayna hökuməti ətrafında vəziyyət ABŞ və Ukrayna prezidentlərinin 2019-cu ilin iyulunda apardıqları telefon danışıqları ilə bağlı KİV-də yayılan məqalələrdən sonra ictimaiyyətin diqqət mərkəzinə düşüb. 

KİV iddia edib ki, söhbət zamanı Amerika lideri Ukrayna hökumətini kiçik Bayden haqda istintaq aparmağa məcbur  edib. ABŞ Konqresində demokratlar prezidenti qanunları pozmaqda şübhəli bilərək danışığın mətnini yaymağı tələb ediblər və iddiaları gerçəkləşərsə, impiçment irəli sürəcəkləri ilə hədələyiblər.

Tramp isə bunu danır və hesab edir ki, bu əhvalat hökumət başçısı olmaq üçün namizədliyini isrəli sürmüş və oğlu da guya Ukraynada korrupsiya cinayətinə qoşulmuş Baydeni qorumaq üçün quraşdırılıb. 

Baydenin oğlu Hanter Ukraynada ən iri şəxsi qaz şirkətlərindən olan Burisma Group-un direktorlar şurasının üzvü idi. ABŞ-ın vitse-prezidenti olduğu zaman Co Bayden 2016-cı ildə Kiyevdən sərt antikorrupsiya siyasəti aparmağı və bu kampaniya çərçivəsində ovaxtkı baş prokuroru vəzifəsindən azad etməyi tələb edirdi. Həmin vaxt Ukraynanın baş prokuroru olmuş Yuri Lutsenko Burisma-nın fəaliyyətini araşdırırmış. Bunlara baxmayaraq, Lutsenko bildirib ki, nə Co Baydenin, nə də oğlunun ölkə ərazisində hər-hansı qanun pozuntusu etdiyi barədə məlumata malik deyil.

Əlaqədar

Ərdoğandan gözlənilməz addım, Trampa elə şey təklif etdi ki...
Trampın başı dərddə - İmpiçment proseduruna başlanılıb
Donald Tramp impiçmentdən qorxur, amma...
"Mini-Tramp"ı da impiçmentlə hədələyirlər
Teqlər:
impiçment, seçkilər, prezident, Co Bayden, Donald Tramp

Əsas mövzular