03:37 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Johnson & Johnsonun ofisi

Süd vəziləri böyüyən pasiyent şirkətə qarşı qaldırdığı 8 milyard dollarlıq iddianı udub

© AFP 2019 / MARK RALSTON
DÜNYA
Qısa URL
139 0 0

Amerikanın "Johnson & Johnson" şirkətinin "Risperdal"ın antipsixotik dərmanının yan effektindən əziyyət çəkən pasiyentin iddiası təmin edilib

BAKI, 9 oktyabr — Sputnik. Filadelfiyadakı münsiflər Amerikanın "Johnson & Johnson" şirkətinin "Risperdal" antipsixotik dərmanının yan təsirləri və riskləri ilə əlaqədar müştərilərini lazımi şəkildə xəbərdar etməməsi səbəbilə şirkətə qarşı iddia qaldıran Merilend sakininə səkkiz milyard dollar təzminat ödəmək barədə qərar verib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı "Wall Street Journal" nəşri yayıb.

Nəşrin məlumatına görə, Nikolas Mürrey öz iddiasında qeyd edib ki, uşaq yaşlarında - 2003-cü ildən 2008-ci ilə qədər şizofreniya və bipolyar pozğunluğun müalicəsi üçün "Risperdal" preparatını qəbul edib. Lakin bu preparat yan təsirlərini göstərib: onun süd vəziləri böyüməyə başlayıb. İddiaçının fikrincə, şirkət bu risklər barədə məlumatlı olub. Lakin bu barədə həmin dərmanın reseptini yazan həkimlərə məlumat verməyib.

2015-ci ildə məhkəmə münsifləri şirkətdən 1.75 milyon dollar təzminat ödəməsini tələb edən ilk hökmü çıxarıb. Lakin sonradan bu məbləğ 680 min dollara endirilib. Ancaq iddiaçı bu qərardan apellyasiya şikayəti verib və yeni qərara əsasən, səkkiz milyard alacaq.

Şirkət nümayəndələri məhkəmənin "bu əsassız hökmünü ləğv etdirmək" üçün ondan şikayət verəcəklərini söyləyiblər. Şirkət 680 min dollar ilkin təzminatın ödənilməsi ilə bağlı qərarla apellyasiya məhkəməsinin çıxardığı sonuncu qərarın "tamamilə ölçüyə gəlməz" olduğunu bəyan edib və bu hökmün ləğv olunacağına əminliyini bildirib.

Əlaqədar

Yuxu qocalığa və xərçəngə dərman imiş
Azərbaycan xərçəngin “dərmanı”ndan niyə imtina edib
Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər
Azərbaycanda malyariya ocaqları lokallaşdırılmayacaq – Dərman verilmir
Qurd dərmanımız da əlimizdən alındı
Teqlər:
iddia, məhkəmə, şirkət, xəstə, dərman

Əsas mövzular