21:45 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Türkiyə-Suriya sərhədi yaxınlığında yerləşən Kilisdə Türkiyənin hərbi konvoyu

Türk ordusu Suriyaya daxil oldu – "Sülh bulağı" gerçəkləşir

© Mehmet Ali Dag/ Ihlas News Agency (IHA) via REUTERS ATTENTION EDITORS
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (38)
902 0 0

"Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq"

BAKI, 9 oktyabr — Sputnik. Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyata başlayıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək: "Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq. Formalaşdıracağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların öz ölkələrinə dönməsini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq".

Mövzu:
Türkiyə ordusu Suriyada (38)
Teqlər:
hərbi əməliytatlar, Suriya, Türkiyə

Əsas mövzular