Koçaryanı həbsxanadan çıxardılar, səbəb...

© © Sputnik / Asatur Esayants / Mediabanka keçidRobert Koçaryan, arxiv şəkli
Robert Koçaryan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsdə olan Robert Koçaryan daha əvvəl iki dəfə Yerevanın "İzmirlyan" klinikasında tibbi müayinədən keçib

BAKI, 9 oktyabr — Sputnik. Həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan əməliyyat olunub. Bunu Sputnik Ermənistan-a sabiq prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

"Yüngül əməliyyat olub, o da normal keçib", - deyə bildirən Soqomonyan detalları açıqlamaqdan imtina edib.

Koçaryanın hansı müddətə həbsxanada qalacağına gəldikdə isə hələlik bu məsələdə dəqiq heç nə yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistanın ikinci prezidenti Robert Koçaryan "İzmirlyan" klinikasına köçürülüb.

Həbsdə olan Koçaryan daha əvvəl iki dəfə "İzmirlyan" klinikasında tibbi müayinədən keçib.

Koçaryanın səhhətində hansı problemin olması açıqlanmır.

Xəbər lenti
0