Britaniyadan əməliyyat öncəsi Türkiyə ilə bağlı kritik açıqlama

© AFP 2023 / OLI SCARFFBöyük Britaniyanın Baş naziri Boris Conson
Böyük Britaniyanın Baş naziri Boris Conson - Sputnik Azərbaycan
Abunə olmaq
Türk əsilli olduğu bilinən Böyük Britaniyanın Baş naziri Boris Consonun sözçüsü Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar ilə bağlı açıqlama verib

BAKI, 8 oktyabr — Sputnik. Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar ilə bağlı Böyük Britaniyanın Baş naziri Boris Conson da açıqlama verib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: "Trampın ətrafı Suriya ilə bağlı tapşırıqları yerinə yetirməyib"

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk əsilli olduğu bilinən Consonun sözçüsü Türkiyə ordusunun Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar ilə bağlı narahat olduğunu bildirib.

Digər tərəfdən, Böyük Britaniyanın Xarici İşlər naziri Andrev Murrison deyib ki, Türkiyənin birtərəfli olaraq hərbi müdaxilədən çəkindirmə məsələsində həmişə mövqeləri dəqiq olub. Bu cür əməliyyatlar bölgəni gərginləşdirə bilər və İŞİD-i tam bitirmək üçün başladılan mübarizəyə xələl gətirə bilər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın telefon söhbətindən sonra Ağ Ev açıqlama yayıb. Açıqlamada bildirilib ki, Türkiyə yaxın vaxtlarda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara başlayacaq. Bundan sonra ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

Türkiyə mediasında yazılanlara görə, bundan sonra Türkiyənin bölgədə "Barış pınarı" adlı hərbi əməliyyatlara başlayacağı gözlənilir.

Xəbər lenti
0