Tramp Ərdoğana səfər tarixi göstərdi

© © Ludovic Marin/Pool via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti: "Bir çox insan Türkiyənin çox önəmli bir tərəfdaşımız olduğunu unudub. Unutmayın, Türkiyə NATO-nun önəmli bir üzvüdür"

BAKI, 8 oktyabr — Sputnik. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a səfər edəcək".

ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Donald Tramp bir daha Türkiyəni hədələyib

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

ABŞ Prezidenti yazıb: "Bir çox insan Türkiyənin çox önəmli bir tərəfdaşımız olduğunu unudub. Türkiyə "F-35" qırıcılarımızın polad konstruksiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatını xilas edərək, geri qayıdıblar. Mənim xahişimlə rahib Branson həbsdən azad edilib. Unutmayın, Türkiyə NATO-nun önəmli bir üzvüdür".

Qeyd edək ki, dünən Tramp öz səhifəsində Türkiyənin iqtisadiyyatını məhv edə biləcəyi ilə bağlı fərqli məlumat paylaşmışdı.

Xəbər lenti
0