Vladimir Putinin doğum günüdür – Təbiət qoynuna gedəcək

© REUTERS / SHAMIL ZHUMATOVVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinin 67 yaşı tamam olur. O, adətən doğum günlərini işlə bağlı tədbirlərdə keçirir

BAKI, 7 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu il doğum gününü qohum və yaxınlarının əhatəsində, təbiətin qoynunda qeyd edəcək.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, bu il oktyabrın 7-də Putinin 67 yaşı tamam olacaq. Rusiya Prezidenti adətən doğum günlərini işlə bağlı tədbirlərdə keçirir. Məsələn, 2017-ci ildə Rusiya prezidenti ad günündə Soçidə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda iştirak etmişdi.

Əvvəlki illərdə isə Putin doğum günündə xokkey oyununa qatılıb, yaxud da məzuniyyət götürərək Sibir tayqasına üz tutub.

Xəbər lenti
0