14:35 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Fırtına ilə əlaqədar olaraq bəzi binaların dam örtüyü uçub. 6 mərtəbəli yaşayış binasının dam örtüyünün uçması isə 5 avtomobilin zədələnməsinə səbəb olub

BAKI, 5 oktyabr — Sputnik. Ötən gün axşam saatlarından Türkiyənin bir neçə şəhərində, o cümlədən də İstanbulda başlayan güclü yağış və fırtına ağacların aşmasına, yollarda gölməçələrin yaranmasına, bəzi ərazilərin isə tamamilə keçilməz olmasına səbəb olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, fırtına ilə əlaqədar olaraq bəzi binaların dam örtüyü uçub. 6 mərtəbəli yaşayış binasının dam örtüyünün uçması isə 5 avtomobilin zədələnməsinə səbəb olub.

​Yağış və fırtına ilə əlaqədar olaraq yollarda baş verə biləcək hansısa qəzanın qarşısını almaq üçün tədbirlərə başlanılıb, yollara nəzarət gücləndirilib.

Teqlər:
fırtına, İstanbul, yağış

Əsas mövzular