23:17 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Ankarada Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşü zamanı Almaniya Daxili İşlər naziri Horst Zeehofer

Almaniyadan Türkiyəyə gözlənilməz dəstək

© AFP 2019 / ADEM ALTAN
DÜNYA
Qısa URL
32 0 0

Alman nazir ötən gün Avropa Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşları üzrə komissarı Dimitris Avramopoulosla birgə Türkiyəyə səfərə gəlib

BAKI, 4 oktyabr — Sputnik. "Biz Türkiyəyə hər zaman istənilən məsələdə dəstək olmağa hazırıq". Sputnik Azərbaycan "Sözcü.com"-a istinadən xəbər verir ki, bunu Ankarada Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşü zamanı Almaniya Daxili İşlər naziri Horst Zeehofer bildirib.

Alman nazir ötən gün Avropa Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşları üzrə komissarı Dimitris Avramopoulosla birgə Türkiyəyə səfərə gəlib.

"Bu səfər Türkiyə ilə Avropa İttifaqı arasında olan qaçqınlarla bağlı razılaşmanı gücləndirəcək. Biz Türkiyəni hər zaman istənilən məsələdə dəstəkləməyə hazırıq. Qaçqın məsələsi tək bir ölkənin həll edə biləcəyi məsələ deyil" - deyə Zeehofer qeyd edib.

O vurğulayıb ki, miqrasiya məsələsi hələ bir neçə il də gündəmdə qalacaq: "Türkiyəyə qaçqın məsələsində sərgilədiyi mövqeyə görə təşəkkür edirik. Türkiyə olaraq bütün Avropa üçün əhəmiyyətli işlər gördünüz. Bunun üçün Türkiyə hökuməti və millətinə təşəkkür etmək istəyirəm. Sizlərin dəstəyi olmadan qaçqın məsələsi bizim bölgəmizdə bu formada həll oluna bilməzdi".

Əsas mövzular