12:38 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Televizor pultu, arxiv şəkli

Cizgi filmində ağıl durduracaq kadrlar

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
114 0 0

"Küləkli hava olduğu üçün kənd sakinin şalvarının tərpənməsini təcavüz kimi qəbul etmək xəstə bir ruhun fantaziyasıdır"

BAKI, 3 oktyabr — Sputnik. "TRT Çocuk" uşaq kanalında yayımlanan "Maysa və Bulut" adlı cizgi filmində ulağa qarşı cinsi istismar görüntüsü iddiaları ilə 7 nəfər haqqında cinayət işi açılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sözcü yazıb. CHP İstanbul millət vəkili Mahmut Tanalın iddialarını cavablayan prezident köməkçisi Fuat Oktay bildirib ki, TRT-də 19 hüquqşünas fəaliyyət göstərir. O, həmçinin əlavə edib ki, "Maysa və Bulut" cizgi filmində yer alan iddialarla bağlı mənəvi təzminat tələbi ilə 7 cinayət işi açılıb.

Xatırladaq ki, "TRT Çocuk" uşaq kanalında yayımlanan cizgi filmində yer alan görüntülər bəzi internet xəbər portallarında və sosial şəbəkələrdə müzakirə mövzusu olub. Çox sayda sosial şəbəkə istifadəçisi "ulağa cinsi istismar" iddiasını dilə gətirib.

Kanalın açıqlamasında isə qeyd edilib ki, heç nə göründüyü kimi deyil. Cizgi filminin fırtına səhnəsində kənd sakini ulağını qorumaq üçü axıra götürür. "Küləkli hava olduğu üçün kənd sakinin şalvarının tərpənməsini təcavüz kimi qəbul etmək xəstə bir ruhun fantaziyasıdır".

Əsas mövzular