Türkiyə hökumətindən dünya nəhənginə qarşı sərt addım

© AFP 2023 / JUSTIN SULLIVANЛоготип Facebook, фото из архива
Логотип Facebook, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu istifadəçilərin adları, ad günləri, olduqları yerlər də daxil olmaqla şəxsi məlumatları üçüncü şəxslər üçün əlçatan olub

BAKI, 3 oktyabr — Sputnik. Türkiyənin şəxsi məlumatların qorunması üzrə idarəsi "Facebook" sosial şəbəkəsini 1,6 milyon türk lirəsi ( təxminən 282 min dollar) dəyərində cərimələyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi qaydalarını pozub.

Qeyd olunur ki, 280 min sosial şəbəkə istifadəçisinin hüquqları pozulub. Belə ki, bu istifadəçilərin adları, ad günləri, olduqları yerlər də daxil olmaqla şəxsi məlumatları üçüncü şəxslər üçün əlçatan olub.

Qeyd edək ki, Türkiyə hökuməti bu ilin mayında da istifadəçilərin gizli fotolarının digər istifadəçilərə görünməsi ilə bağlı "Facebook"-u 1,65 milyon türk lirəsi (təxminən 270 min dollar) məbləğində cərimələmişdi.

Xəbər lenti
0