Özbəkistan dövlət başçısı Bakıya gələcək

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  - Sputnik Azərbaycan
Abunə olmaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. "Özbəkistan Türk Şurasına üzv oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək".  Sputnik Azərbaycan xəbər verir ki, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan Müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb. Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Xəbər lenti
0