Putin və Paşinyan bir gündə iki görüş keçirdilər – Təfərrüat

© Sputnik / Sergey Guneev / Mediabanka keçidErmənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti ötən gün Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana səfər edib

BAKI, 2 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın birində Rusiya Prezidenti Vladimir Putinlə ikinci dəfə görüş keçirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Nikol Paşinyan öz "Facebook" səhifəsində qeyd edib.

"Rusiya prezidenti ilə saat yarımlıq daha bir görüş keçirdik. Görüş "Zvartnots" hava limanında baş tutub. Ermənistan – Rusiya münasibətləri etibarlı və müsbət yoldadır", - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti ötən gün Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Yerevana səfər edib. O, Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Həsən Ruhani ilə görüş keçirib.

Xəbər lenti
0