13:04 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
30 0 0

"Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil, normal bir dövlət kimi davranın. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb, danışmayacaq da"

BAKI, 2 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanının xarici işlər üzrə məsul dövlət naziri Adil əl-Cubeyr İran hökumətinin sözçüsü Əli Rəbiinin "Səudiyyə Ərəbistanı öz hərəkətlərində səmimiyyətlə dəyişiklik edərsə, görüş tələbini məmnuniyyətlə qarşılayarıq" sözlərinə cavab verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının İranla görüş istəməsinə dair bir məktub göndərmədiyini vurğulayan Cubeyr ölkəsinin rəsmi Tehranla bağlı dialoqa dair ilkin şərtlərini "Twitter"də yazıb.

"Terrora dəstək verməyi, xaos, dağıntı siyasətini və Ərəb ölkələrinin daxili işlərinə qarışmağı dayandırın. Kütləvi qırğın silahları və ballistik nüvə proqramlarının inkişaf etdirilməsini dayandırın. Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil, normal bir dövlət kimi davranın. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb, danışmayacaq da. Yəmən ancaq yəmənlilərin işidir. Yəmən böhranının səbəbi İranın roludur. İrandakı bu rejimin Yəməndə istədiyi ən son şey sülh və dinclikdir", - deyə Cubeyr öz "Twitter" səhifəsində yazıb.

İran tərəfi hələlik Cubeyrin açıqlamalarına bir reaksiya verməyib.

 

Əlaqədar

Müdhiş ssenari: Dron hücumundan regional müharibəyə
"Geri qayıtmaq istəyirsə, 50 milyard dollar ödəsin"
Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün lazım olan vaxt bilindi
Səudiyyə kralının mühafizəçisini mübahisədə güllələdilər
Səudiyyə Ərəbistanına hücumun arxasında super güclər dayanır - politoloq şərhi
Teqlər:
şərtlər, danışıqlar, İran, Səudiyyə Ərəbistanı

Əsas mövzular