Putin Yerevanda gürcü jurnalistə cavab verdi: “Həmişə vədimizi yerinə yetiririk”

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин и премьер-министр Армении Никол Пашинян (слева)
Президент РФ Владимир Путин и премьер-министр Армении Никол Пашинян (слева)  - Sputnik Azərbaycan
Abunə olmaq
İclasdan əvvəl liderlər xatirə fotosu çəkdirdikdən sonra kuryoz hadisə baş verib. "Rustavi 2" telekanalının əməkdaşı Rusiya Prezidenti Vladimir Putinə sual verməyə çalışıb

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Yerevana səfər edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasında iştirak edəcək.

Putini hava limanında Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin, Ermənistan Respublikasının Rusiyadakı səfiri Vardan Toqanyan, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan qarşılayıblar.

Bu arada iclasdan əvvəl liderlər xatirə fotosu çəkdirdikdən sonra kuryoz hadisə baş verib. Belə ki, Gürcüstanın "Rustavi 2" telekanalının əməkdaşı Rusiya Prezidenti Vladimir Putinə sual verməyə çalışıb.

Prezidentlərə yaxınlaşmağa çalışan jurnalist qışqırıb: "2008-ci ildə götürdüyünüz öhdəlikləri nə vaxtdan yerinə yetirməyə başlayacaqsınız? Qoşunlar Gürcüstanın işğal altında olan ərazilərindən nə vaxt çıxacaq?"

Putin suala çox sakit və gülərüz cavab verib: "Biz həmişə verdiyimiz sözləri yerinə yetiririk".

Lakin çətin ki, xanım jurnalist sualın cavabını eşidib. Çünki təhlükəsizlik əməkdaşları ondan kənara çəkilməyi istəyiblər.

Xəbər lenti
0