Putin Xəzərin statusuna dair Konvensiyanı ratifikasiya etdi

© Sputnik / Aleksey NikolskiyПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dövlət Duması sentyabrın 19-da keçirilən plenar iclasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2008-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Konvensiya Xəzər dənizində gəmiçiliyə və hövzənin ümumi istifadəsinə dair qaydaları, ərazi suların və balıqçılıq sularının ayırd edilməsi mexanizmini, sualtı boru kəmərləri və naqillərin çəkilməsi şərtlərini və s. təsbit edir.

Xəzər dənizində neft platforması və şelf, arxiv şəkli - Sputnik Azərbaycan
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edilib

Xatırladaq ki, Rusiya Dövlət Duması sentyabrın 19-da keçirilən plenar iclasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.

Müvafiq qanun Dövlət Dumasına Rusiya Prezidenti Vladimir Putin tərəfindən göndərilib. Konvensiya 12 avqust 2018-ci ildə Aktau şəhərində imzalanıb.

Qeyd edək ki, ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə, beş ölkənin rəsmi şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Xəbər lenti
0