15:15 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828

BƏƏ-nin ilk kosmonavtını kosmos dəyişdi: "Başım böyüyüb"

© Photo: NASA
DÜNYA
Qısa URL
51 0 0

Rusiyalı Oleq Skripoçka, amerikalı Cessika Meir və BƏƏ-nin ilk kosmonavtı Hazza əl-Mənsurinin olduğu heyət sentyabrın 25-də Baykonurdan kosmosa uçub

BAKI, 30 sentyabr — Sputnik. Ötən həftə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gələn Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan ilk kosmonavt Hazza əl-Mənsuri deyib ki, burada olduğu 5 gün müddətində onun bədənində dəyişikliklər olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, o, Dubaydakı Muhamməd ibn Rəşid adına Kosmik Mərkəzdə toplaşan tələbələrlə videoəlaqə yaradıb.

"Bədənimdə çoxlu dəyişikliklər olub, maye çoxaldığından başımın ölçüsü böyüyüb. İybilmə qabiliyyətim də dəyişib. Ancaq artıq buna öyrəşməyə başlamışam", - əl-Mənsuri tələbələrə deyib.

O bildirib ki, BKS-in bütün bölmələrində olub və stansiya haqda videoçarx hazırlayıb.

"İlk dəfə stansiyadan ərəb dilində olan videonu sizə təqdim edəcəyimə şadam", - deyən kosmonavt bildirib ki, "stansiyadakı ən gözəl hiss - çəkisizlikdir".

​Rusiyalı Oleq Skripoçka, amerikalı Cessika Meir və BƏƏ-nin ilk kosmonavtı Hazza əl-Mənsurinin olduğu heyət sentyabrın 25-də Baykonurdan kosmosa uçub. Orada Mənsuri səkkiz gün keçirəcək. O, oktyabrın 3-də rusiyalı Aleksey Ovçinnikov və amerikalı Nik Heyqlə birlikdə Yerə qayıtmalıdır.

Əlaqədar

"Roskosmos" Həbibi təbrik etdi, robot papaq istədi - FOTO
Rusiyadan Türkiyəyə sensasion təklif – Gəlin kosmosa raket buraxaq
İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."
Qara dəlik ulduzu necə parçalayır - VİDEO
Fyodor kosmosdan qayıdır: "Hamı gedib ki..."
Teqlər:
astronavt, Birləşmiş Ərəb Əmirlikləri, Beynəlxalq Kosmos Stansiyası, kosmos

Əsas mövzular