"Mini-Tramp"ı da impiçmentlə hədələyirlər

© AFP 2023 / RUI VIEIRAБорис Джонсон
Борис Джонсон - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər İcmalar Palatası bu prosedurun başlanmasının lehinə səs verərsə, o zaman Baş naziri məhkəmə çəkişməsi gözləyir

BAKI, 29 sentyabr — Sputnik. Böyük Britaniyanın müxalifət partiyaları ölkənin Baş naziri Boris Consona qarşı impiçment proseduruna başlanması imkanını müzakirə edirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sunday Times yazır.

Britaniyanın Baş naziri Boris Consonun qardaşı Co Conson - Sputnik Azərbaycan
Ailə və milli maraqlar arasında: Boris Consonun qardaşı istefaya getdi

Sentyabrın 24-də Böyük Britaniyanın Ali Məhkəməsi Consonun parlamentin işini dayandırması cəhdini qeyri-qanuni elan edib. Bu səbəbdən də ölkə tarixi üçün nadir olan hadisə müxalifətçilərin müzakirə mövzusuna çevrilib.

Nəşr yazır ki, impiçment təklifi partiyaların cümə axşamı baş tutan görüşündə Uels Partiyası tərəfindən irəli sürülüb və artıq gələn həftə müzakirəyə çıxarıla bilər. Əgər İcmalar Palatası bu prosedurun başlanmasının lehinə səs verərsə, o zaman Baş naziri məhkəmə çəkişməsi gözləyir. İmpiçmentdən savayı, müxalifət Consona qarşı parlamentdə işləməyə qadağa, intizam cəzaları, maaşın azaldılması kimi tədbirləri də nəzərdən keçirir.

Böyük Britaniyada impiçmentə sonuncu cəhd 1848-ci ildə olub. Həmin vaxt ölkənin Xarici işlər naziri Henri Palmerstonu Rusiya ilə gizli müqavilə bağlamaqda ittiham etmişdilər. İndiyədək Böyük Britaniyada hələ heç bir baş nazir impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmayıb. Amma vaxtilə Boris Conson özü ovaxtkı Baş nazir Toni Blerə qarşı eyni prosedurun keçirilməsini təklif etmişdi.

Xatırladaq ki, Boris Consonun xasiyyəti və xarici görünüşünə görə bənzədildiyi ABŞ Prezidenti Donald Trampa qarşı ABŞ Konqresinin Nümayəndələr Palatası artıq impiçment proseduruna başlayıb.

Xəbər lenti
0