Səudiyyə kralının mühafizəçisini mübahisədə güllələdilər

CC0 / esaithy / JeddahГород Джидда, фото из архива
Город Джидда, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Generalla Məmduh arasında mübahisə yaranıb, Məmduh evdən çıxıb və çantasına silah qoyaraq geri qayıdıb

BAKI, 29 sentyabr — Sputnik. Səudiyyə Ərəbistanı Krallığının kral mühafizə briqadasının generalı Əbdüləziz Fahem Ciddədə mübahisə zamanı baş verən atışmada öldürülüb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə yerli SPA dövlət agentliyi məlumat yayıb. Hadisə zamanı iki dinc sakin və beş təhlükəsizlik əməkdaşı xəsarət alıb.

Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman - Sputnik Azərbaycan
Səudiyyə vəliəhdinin bacısına Fransada şərti cəza kəsildi

"Briqada generalı Əbdüləziz Fahem həlak olub. Atəşi onun dostu açıb. Beş təhlükəsizlik əməkdaşı yaralanıb. General Əbdüləziz Fahem dostu Turki ibn Əbdüləzizgildə qonaq imiş", - agentliyin yaydığı məlumatda deyilir.

Krallığın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisəyə yuxarıda adı çəkilən şəxslərin ümumi tanışı Məmduh ibn Maşaal səbəb olub. Generalla Məmduh arasında mübahisə yaranıb, Məmduh evdən çıxıb və çantasına silah qoyaraq geri qayıdıb. O, qonağı, ev sahibini və Turki ibn Əbdüləzizin işçisi olan Filippin vətəndaşını yaralayıb.

"Təhlükəsizlik əməkdaşları gəldikdən sonra atəş açan şəxs təslim olmaq istəməyərək gülləbaranı davam etdirib. Nəticədə təhlükəsizlik əməkdaşları onu zərərsizləşdiriblər", - DİN-in məlumatında deyilir.

General aldığı yaralardan aparıldığı xəstəxanada keçinib. Şəhər xəstəxanasına ondan başqa, yeddi nəfər gətirilib. Hamısının vəziyyəti sabitdir.

Xəbər lenti
0