İlon Maskdan yadplanetli açıqlaması: "Bilmək istəyərdim..."

© AFP 2023 / Frederic J. BrownАмериканский предприниматель и миллиардер Илон Маск
Американский предприниматель и миллиардер Илон Маск - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda o xatırladıb ki, Günəş məhv edənə qədər insanların Yeri tərk etməsi üçün "cəmi yeddi yüz milyon ili" qalıb

BAKI, 29 sentyabr — Sputnik. "SpaceX" şirkətinin rəhbəri İlon Mask bildirib ki, qalaktikanın bizim olduğumuz hissəsində yadplanetlilər yoxdur.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Mask bunu "Starship" raketinin ilk tam yığılmış nüsxəsinin quraşdırıldığı start meydançasında keçirilən tədbirdə çıxış edərkən bildirib.

Скульптура пришельцев вдоль дороги в городе Бейкер, штат Калифорния - Sputnik Azərbaycan
ELM
ABŞ ordusu yadplanetli ovçularına xəbərdarlıq etdi – uzaq durun

"Bildiyimiz qədərilə, biz yeganə şüurlu varlıqlarıq. Bəlkə də, orada həyat var, amma biz onun təzahürlərini görməmişik. Əgər məndən soruşsanız ki, yadplanetlilər haqda nə bilirəm, deyərdim ki, onların mövcud olub-olmadığı haqda biliyə sahib olmaq istərdim. Bunun heç bir nişanəsini görməmişəm", - Mask deyib.

Tədbir "SpaceX"in saytında canlı yayımlanıb.

Bu yaxınlarda internetdə hücumla zəbtinə çağırışlar edilən "Zona 51" adlanan ərazidə hərbçilərin yadplanetliləri gizlətməsi barədə əhvalatları İlon Mask populyar memlər adlandırıb.

Eyni zamanda o xatırladıb ki, Günəş məhv edənə qədər insanların Yeri tərk etməsi üçün "cəmi yeddi yüz milyon ili" qalıb. Buna görə Mask kosmosu və digər planetləri fəth etməyə çağırıb.

Xəbər lenti
0