Kəşmir məsələsində Hindistanın yanındayıq – Paşinyan

© AFP 2023 / JOHANNES EISELE Ermənistan Baş naziri Nikol Paşinyan
 Ermənistan Baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan
Abunə olmaq
"Kəşmir məsələsində biz tamamilə Hindistanın mövqeyini dəstəkləyirik və bu, bizim qəti mövqeyimizdir"

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan Kəşmir məsələsində tamamilə Hindistanın mövqeyini dəstəkləyir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Hindistanın "Wion" telekanalına müsahibəsində bildirib.

Vüqar Zifəroğlu  - Sputnik Azərbaycan
Politoloq Kəşmir problemi barədə: münaqişənin həllinin zamanı yetişib

"Kəşmir məsələsində biz tamamilə Hindistanın mövqeyini dəstəkləyirik və bu, bizim qəti mövqeyimizdir. Ümid edirik ki, vəziyyətin dinc yolla nizamlanması üçün öz səylərimizi birləşdirə biləcəyik", - deyə Paşinyan qeyd edib.

Paşinyan eyni zamanda vurğulayıb ki, Ermənistan və Hindistan tarixi, mədəni və siyasi baxımdan bir-birinə çox yaxın ölkələrdir: "Hazırda isə ən aktual hədəf iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsidir. Bizim Baş nazir Modi ilə çox pozitiv diskussiyamız oldu. Biz iqtisadi əlaqələrimizin gücləndirilməsi imkanlarını və ticarət dövriyyəsinin artırılması imkanlarını müzakirə etdik".

Xəbər lenti
0