Kreml Moskva və Tbilisi arasında aviaəlaqənin bərpasına ümid edir

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidMoskva şəhəri
Moskva şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Gürcüstan arasında birbaşa aviaəlaqənin olması doğru addım olardı

BAKI, 27 sentyabr — Sputnik. Rusiya rəhbərliyi ümid edir ki, Moskva və Tbilisi arasında aviaəlaqənin bərpası üçün münasib və lazımi şərtlər yaradılacaq.

“Boeing 777X”-in  təyyarəsinin sınaqları, arxiv şəkli - Sputnik Azərbaycan
“Boeing” yeni təyyarəsinin sınağını dayandırdı
  Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, ölkələr arasında aviasiya əlaqəsi məhz dayandırılıb, bu isə o anlama gəlir ki, uçuşlar bərpa olunacaq: "Təbii ki, biz ümid edirik ki, aviaəlaqənin bərpası üçün münasib və lazımi şərtlər yaradılacaq".

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Gürcüstan arasında birbaşa aviaəlaqənin olması doğru addım olardı.

 

Xəbər lenti
0