İstanbulda dalbadal zəlzələlər olur: Minarə uçdu, binalar çatladı – VİDEO

© AFP 2023 / OZAN KOSEIstanbul, arxiv şəkli
Istanbul, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dərhal İstanbula səfər edib. O, keçirdiyi mətbuat konfransında zəlzələ nəticəsində 8 nəfərin yaralandığını bildirib.

BAKI, 26 sentyabr — Sputnik. İstanbulda baş verən güclü zəlzələ şəhərdə panikaya səbəb olub. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Avcılar rayonunda bir məscidin minarəsi uçub. Bundan əlavə, bəzi binalara zərər dəyib, həmin binalarda çatlar müşahidə olunur. Əhaliyə zəlzələ nəticəsində zərər dəyən binalara daxil olmamaqla bağlı xəbərdarlıq edilir. 

İstanbul məktəblərində məcburi tətil elan olunub. Tətilin nə qədər davam edəcəyi bilinmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dərhal İstanbula səfər edib. O, keçirdiyi mətbuat konfransında zəlzələ nəticəsində 8 nəfərin yaralandığını bildirib.

Zəlzələ nəticəsində qorxaraq hündür yerlərdən aşağı tullanan şəxslər xəstəxanaya aparılıb.

5,8 ballıq zəlzələdən sonra İstanbulda ən yüksəyi Rixter cədvəli ilə 4,4 və 3,2 bal gücündə olan 14 zəlzələ baş verib.

Xatırladaq ki, Bakı vaxtı ilə 14:59-da İstanbuldan 68 kilometr qərbdə Rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri 7 kilometr dərinlikdə olub.

Xəbər lenti
0