BAKI, 26 sentyabr — Sputnik. Birləşmiş Ştatlar bu ölkənin sanksiyalarına baxmayaraq İran neftinin daşınmasını həyata keçirən iki Çin holdinqinə qarşı sanksiya tətbiq edəcək.
Dövlət katibi vurğulayıb ki, yeni məhdudlaşdırıcı addımlarda məqsəd İran rejimini kritik əhəmiyyətə malik gəlirlərdən məhrum etməkdir.
Sanksiyalar Çinin "Kunlun Holding Company", "COSCO Shipping Tanker (Dalian)" holdinqlərinə tətbiq olunur. Bu holdinqlərə daha əvvəl ABŞ tərəfindən sanksiya siyahısına salınan "China Concord Petroleum Co., Limited", "Kunlun Shipping Company Limited", "Pegasus 88 Limited"," COSCO Shipping Tanker (Dalian) Seaman & Ship Management Co, Ltd" şirkətləri də daxildir.