18:10 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Azərbaycanlı model və bloger Ruslana Cavadova (Ruslana Gee)

Məşhur aşpaz Nüsrət azərbaycanlı bloger üçün xüsusi yemək hazırlayıb

© Instagram / ruslanagee
DÜNYA
Qısa URL
1100 0 0

Model bu yeməyin hazırlanma prosesini videokamera ilə çəkib və onun kiçik bir hissəsini özünün "Instagram" sosial şəbəkəsindəki hesabında paylaşıb

BAKI, 25 sentyabr — Sputnik. Dünyaca məşhur türk aşpaz, "salt bae" ləqəbi ilə tanınan Nüsrət Gökçə azərbaycanlı model və bloger Ruslana Cavadova (Ruslana Gee) üçün xüsusi yemək hazırlayıb.

Model hazırda Türkiyədə istirahətdədir və bundan istifadə edərək Nüsrət Gökçənin restoranına da mütləq baş çəkmək qərarına gəlib. Türk aşpaz Cavadova üçün xüsusi reseptlə yemək hazırlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, model bu yeməyin hazırlanma prosesini videokamera ilə çəkib və onun kiçik bir hissəsini özünün "Instagram" sosial şəbəkəsindəki hesabında paylaşıb.

Nüsrət Gökçə peşəkar qəssab, aşpaz və restoran şəbəkəsi sahibidir. Özünəxas formada ət bişirmə və duzlama səbəbindən "Salt Bae" ləqəbi ilə də tanınan Nüsrət bir internet fenomeni olub.

Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə "Nusr-et Steakhouse" adlı öz markasını yaradıb.

Onun Türkiyənin bir neçə şəhərində, eləcə də Dubayda, Əbu-Dabidə və Mayamidə "Nusr-Et" brendi altında səkkiz "steakhouse" və dörd "fast food" məkanı var.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan "L'Officiel Awards"-un illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı moda blogeri" - mükafatlarına layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los-Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin blogerlik fəaliyyətini davam etdirir.

Əsas mövzular