Turisti İtaliyada soydular, dilbilməz polisə dərdini ariya ilə anlatdı

© © AP Photo/Giuseppe Calzuolaİtaliya polisi
İtaliya polisi - Sputnik Azərbaycan
Abunə olmaq
"O cümlələri deyəndə hiss elədim ki, polislər bu dəqiqə qaqqanaq çəkəcəklər, amma yəqin ki, ağlamaqdan şişmiş sifətimi görüb yazıqları gəldi, məni əyləşdirib su verdilər"

BAKI, 25 sentyabr — Sputnik. Rusiyalı opera müğənnisi Mariya Ostrouxova İtaliyada başına gələn oğurluq hadisəsini ingiliscə bilməyən polislərə məşhur operalardan hissələrlə anlatmağa çalışıb.

Туристы во время экскурсии в зону отчуждения ЧАЭС в городе Припять - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəhənnəmə rəsmi bilet satılır – Onu Bakıda da almaq mümkündür

Sputnik Azərbaycan bildirir ki, hadisəni sosial şəbəkədə paylaşan Ostrouxova bir günlük Venesiyaya getdiyini yazıb. Buraya gəldikdən cəmi 3 saat sonra oğru onun pasportunu, bank kartlarını və pullarını oğurlayıb. İki gün sonra isə o, Klaudio Monteverdinin "Poppeyanın tacqoyması" operasında çıxış etmək üçün Londona uçmalı imiş.

Konsul məzuniyyətdə olduğundan müğənni San-Marko meydanındakı beynəlxalq polisə üz tutub. Amma maraqlı burasıdır ki, orada heç kim ingiliscə bilmirmiş. Bu zaman italyanca yaxşı danışa bilməyən müğənninin ağlına "Poppeyanın tacqoyması" və "Orfey və Evridika" əsərlərindəki uyğun ifadələrdən istifadə etmək gəlib. Çünki həmişə oxuduğu ariyaların hərfi tərcüməsini də öyrənirmiş.

"İki operadan qarışıq "Son disprezzata e sconsolata! Io manco, io moro..." ("Məni hər kəs tərk edib, ovuna bilmirəm! Huşumu itirəcəyəm, ölürəm") cümlələrini deyəndə hiss elədim ki, polislər bu dəqiqə qaqqanaq çəkəcəklər, amma yəqin ki, ağlamaqdan şişmiş sifətimi görüb yazıqları gəldi, məni əyləşdirib su verdilər. Necəsə izahı davam etdirməliydim. Hesab elədim ki, "Evridika" və "pasport" sözlərinin yerini dəyişə bilərəm və belə cümlələr alındı: Che faro senza mio passaporte? Dove andro senza mio passaporte? (Mən pasportsuz (Evridikasız) nə edəcəyəm? Pasportsuz (Evridikasız) haraya gedəcəm?)", - Mariya yazır.

Bundan sonra italyanlar başa düşüblər ki, turisti qarət ediblər. Ona yerli cibgirlərin şəkillərini göstərəndə müğənni körpüdə onunla toqquşan hicablı qadını tanıyıb.

Mariyanın: "Ecco la donna maledetta! Vorrei smembrarla!" (Bu o lənətə gəlmiş qadındır! Onu parçalamaq istəyirəm!) - sözlərilə polislər oğrunu təsbit ediblər.

Швейцарский флаг развевается в Кран-Монтане над долиной Роны в швейцарском кантоне Вале - Sputnik Azərbaycan
Manat yarıma İsveçrədə ev almaq şansını qaçırmayın

Polislər müğənniyə su və quru yemək payı verərək ölkədən çıxma məntəqəsinə (Triyestə) qədər pulsuz aparılmasını təmin edən arayışla yola salıblar. Qadın heç vağzala çatmamış polislər zəng edib idarəyə gəlməyi xahiş ediblər. Məlum olub ki, oğru pasportla bank kartlarını kişi tualetinə atıb qaçıb, Banqladeşdən olan bir uşaq isə onları taparaq polisə təqdim edib. Müğənni sevincdən o qədər təsirlənib ki, təşəkkürü də ariya ilə çatdırıb: "Signore cavalliero! Vi benedico per la vostra bonta e gentilezza! (Cənab cəngavər! Mərhəmətinizə və mehribanlığınıza görə sizə alqış edirəm!)"

Mat qalan polis sağollaşarkən müğənniyə "çox zərif italyancasına" heyran olduğunu bildirib.

Xəbər lenti
0