06:02 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Şimal axını – 2 layihənin icası

Dünyanın qazını üç nəhəng "bölüşəcək"

© Sputnik / Ilya Pitalev
DÜNYA
Qısa URL
2610

Bu ölkələrin sıxılmış təbii qaz istehsalının genişləndirilməsinə dair planları var. Məsələn, Rusiya xaricə sıxılmış qaz tədarükünü 3 dəfə, 68 milyard kub metrə qədər artıracaq

BAKI, 23 sentyabr — Sputnik. Rusiya, Birləşmiş Ştatlar və Qətər 10 il sonra qaz bazarında lider olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ən aparıcı qaz tədarükçüləri Rusiya, Birləşmiş Ştatlar, Qətər, Kanada, Norveç və Avstraliya olub. Bu ölkələr dünya qaz ixracının 60%-ni təşkil edib.

Lakin yaxın illərdə Rusiya, Birləşmiş Ştatlar və Qətər dünya bazarında liderliyə yüksələcək. Çünki bu ölkələrin sıxılmış təbii qaz istehsalının genişləndirilməsinə dair planları var. Məsələn, Rusiya xaricə sıxılmış qaz tədarükünü 3 dəfə, 68 milyard kub metrə qədər artıracaq.

Bundan əlavə, rəsmi Moskva "Şimal axını – 2", "Sibirin gücü" layihələrini işə salmaqla qaz ixracını artıracaq. Kanada, Norveç və Avstraliya isə bazarda aparıcı regional oyunçulara çevriləcək. Çin isə 10 il sonra ən aparıcı qaz idxalçısına çevriləcək.

Əsas mövzular