Məşhur otellər şəbəkəsinin sahibi öldü - FOTO

© AP Photo / Reed SaxonКорпоративный логотип сети отелей Hilton
Корпоративный логотип сети отелей Hilton - Sputnik Azərbaycan
Abunə olmaq
Hilton şəbəkəsinin dünyanın bir çox şəhərlərində oteli var. Bakıda da bu şəbəkəyə daxil olan otel mövcuddur.

BAKI, 22 sentyabr — Sputnik. “Hilton” otellər şəbəkəsinin sahibi Berron Hilton 91 yaşında Los-Ancelsdə vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur otellər şəbəkəsinin yaradıcısı Konrad Hiltonun oğlu və amerikalı Peris Hiltonun babası olanul Berronun ölümü barədə “Conrad N. Hilton Foundation” Fondu məlumat yayıb. Onun təbii səbələrdən dünyasını dəyişdiyi qeyd edilir.

​Qeyd edək ki, B. Hilton 1966-cı ildən şirkətə rəhbərik edib. O, bu postda atasını əvəzləyib.

Peris Hilton Twitter hesabında qeyd edib ki, babasının ölümündən son dərəcə kədərlənib.

Qeyd edək ki, Hilton şəbəkəsinin dünyanın bir çox şəhərlərində oteli var. Bakıda da bu şəbəkəyə daxil olan otel mövcuddur.

Xəbər lenti
0