Türkiyədə qatar qəzası, ölənlər var

© Twitter / PoliteknikBilecik yaxınlığında qatar qəzası
Bilecik yaxınlığında qatar qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə yüksək sürətli qatar xəttini yoxlamaq məqsədilə xəttə buraxılan yoxlama qatarı qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir.

Məlumata əsasən, yoxlama qatarı Bilecik yaxınlığındakı körpüdə reysdən çıxaraq divara dəyib.

Hadisə nəticəsində iki maşinist ölüb. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Xəbər lenti
0