Rusiyadan Türkiyəyə sensasion təklif – Gəlin kosmosa raket buraxaq

© REUTERS / Khalid al Mousily"Roskosmos"un rəhbəri Dmitri Roqozin
Roskosmosun rəhbəri Dmitri Roqozin - Sputnik Azərbaycan
Abunə olmaq
"Roskosmos" Türkiyəyə kosmik aparatlarını orbitə çıxarması üçün öz raketlərini təqdim etməyə hazırdır

BAKI, 18 sentyabr — Sputnik. "Roskosmos"un rəhbəri Dmitri Roqozin Türkiyəni Rusiya və Qazaxıstanla birgə Baykonur kosmodromunu istifadə etmək üzrə layihənin iştirakçısı olmağa dəvət edir.

Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford - Sputnik Azərbaycan
ABŞ kosmosda müharibəyə hazırlaşır – Rusiya, İran...

Sputnik Azərbaycan bildirir ki, bu barədə Roqozin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

""Roskosmos" Türkiyəyə kosmik aparatlarını orbitə çıxarması üçün öz raketlərini təqdim etməyə hazırdır. Yeri gəlmişkən, bunu Türkiyə ərazisindən də etmək lazım deyil. Bunun əvəzində üç ölkənin iştirakı ilə bir layihə hazırlana və Baykonurun unikal infrastrukturundan istifadə oluna bilər", - Roqozin deyib.

Roqozinin fikrincə, belə bir layihədə Türkiyə raket buraxılışlarının təşkilatçısı, Rusiya texnologiyalarının ötürülməsinə yardım edən tərəf, Qazaxıstan isə öz unikal kosmik limanını təqdim edən tərəf kimi çıxış edə bilərdi: "Hesab edirəm ki, yaxşı perspektiv var".

Xəbər lenti
0